Xəbərlərə Abunə Ol
E-poçt :
7-ci Sağlamlıq Spartakiadasına ugurla start verildi
15 May 2010-cu il tarixində, Azərbaycan Demokratik Respublikasinin il dönümünə həsr edilmiş , ”AZƏRSU” Açiq Səhmdar Cəmiyyətinin idarə və müəssisə işçiləri arasında, “ Xalqın mənəvi və fiziki sağlamlığı uğrunda”adlı 7-ci Sağlamlıq Spartakiadanın keçirilməsinə start veririldi.Spartakiada “Nizami” adlı İdman Kompleksində baş tutdu. Spartakiadanın təntənəli açılışını,Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri Akif Məmmədov elan etdi. “AZƏRSU” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti Zakir Namazov spartakiadanın keçirilməsində qarşıya qoyulan məqsəd barədə geniş məruzə etdi. Məruzədə spartakiadanın təşkilati işləri, işçilərin sağlamlığının qorunması üçün, işçilər arasında bədən-tərbiyəsinin inkişaf etdirilməsi,işçilərin müntəzəm idmanla məşğul olmaqları üçün yaradılan şərait, işçilərin fiziki cəhətdən möhkəmlənməsinin, idman kütləviliyinin artırılması ilə bağlı görülən işlər haqqında geniş və maraqlı məlumatlar verildi. Cari ilin may-iyun aylarında təşkil olunan spartakiadada 300-yə yaxın zəhmətkeşlər və onların ailə üzvləri iştirak edir.Yarışlar spartakiada proqramına daxil olan 6 idman növü üzrə və təşkil olunan xüsusi təqvim üzrə keçirilir.Eyni zamanda Spartakiada AHİTA-nın prezidenti Nadir Əliyev də iştirak edirdi.